İCARƏ ŞƏRTLƏRİ

1. Sürücüyə olan tələblər
1.1. Sürücünün yaşı 20-dən az olmamalı
1.2. Sürücülük təcrübəsi 2 ildən az olmamalı

2. İcarə müqaviləsinin bağlanması üçün zəruri olan sənədlərin siyahısı
2.1. Azərbaycan vətəndaşları üçün
- Qüvvədə olan vətəndaş pasportu
- Sürücülük «B» kateqoriyası
2.2. Xarici vətəndaşlar üçün
- Qüvvədə olan vətəndaş pasportu
- Az. Respublikasında qeydiyyatı təsdiq edən sənəd
- Cari beynəlxalq sürücülük vəsiqəsi

3. Sifarişin sənədləşməsi
3.1. Bütün sənədlər ofisdə, ya da İcarəçinin xahişi ilə istədiyi rahat bir yerdə sənədləşə bilər.

4. Avtomobilin alınması və qaytarılması.
4.1. Avtomobil İcarəçiyə yaxşı texniki vəziyyətdə, təmiz və müəyyən benzin miqdarıyla verilir.
4.2. Avtomobil Şirkətə təmiz, verilən texniki vəziyyətdə və verildiyi benzin tərkibiylə qaytarılmalıdı.
4.3. Əgər avtomobil Şirkətə 24 saatdan gec qaytarılarsa İcarəçi Şirkətə bu haqda mütləq öncədən xəbər etməlidir.
4.4. Əgər İcarəçi danışılan vaxt maşını qaytarmasa, Şirkət, Daxili İşlər nazirliyinə maşının qaçırılması haqqında müraciət edə bilər.

5. Maşının sürülməsi
5.1. İcarəçiyə verilən maşın yalnız Bakı və Azərbaycanın regionlarında sürülə bilər. Maşının Azərbaycanın ərazisindən kənar cıxmağı qəti gadağandır.

6. İstifadə şərtləri
6.1. İcarəçi avtomobili nəzərdə tutulmayan məqsədlər üçün istifadə edə bilməz (avtomobili dartmaq üçün, yarış üçün). Əgər sürücü spirtli içki və yaxud narkotik vasitələr qəbul edibsə, avtomobili idarə etmək qəti qadağandır.
6.2. İcarəçi hüquqi olmayan vətəndaşları maşını sürməyə buraxmamalıdır.
6.3. İcarəçi avtomobili icarəyə götürdüyü zaman, maşının təhlükəsizliyin təmin etməlidir.
6.4. Kirayəçi avtomobilin yanacağın öz hesabına doldurmalı, texniki vəziyyətini nəzarət altında saxlamalı.
6.5. Cartech şirkətinin yazılı icazəsi olmadan nəqliyyat vasitələrdə dəyişiklər, təmir işləri aparmaq qəti qadağandır. İcarəçi itkin düşmüş və ya zədələnmiş komponentlər, aksessuarlara görə tam məsuliyyət daşıyır.